NİİM: Parkinq icazələri mayın 15-dən MİS-lər tərəfindən paylanılır - FOTO

NİİM: Parkinq icazələri mayın 15-dən MİS-lər tərəfindən paylanılır - <span style="color: red;">FOTO
# 19 may 2015 09:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı-2015” I Avropa Oyunları üçün parkinq icazələri may ayının 15-dən etibarən müvafiq Mənzil İstismar Sahələri (MİS) tərəfindən paylanılır.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) “APA-Economics”ə verilən məlumata görə, iyun ayından etibarən hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonalarında parkinqə nəzarət qaydaları qüvvəyə minəcək.

Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.

Bu səbəbdən sürücülərə qısa bir zamanda parkinq icazələrini MİS-lərdən əldə etmələri tövsiyə olunur.

Parkinqə Nəzarət Zonalarına aid vacib məlumatlar:

• Bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər.

• Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə parkinq icazəsi verilməyəcək.

• Qeyd: Avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün parkinq icazəsi tələb olunmur.

• Bu zonaya daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.

• Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər parkinq icazəsi üçün MİS-lərinə müraciət edərək, yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız parkinq icazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, Parkinqə Nəzarət Zonalarına daxil olan xəritə və küçələrin siyahısına baxın) icazələri almaq üçün MİS-lərinə müraciət etmələri xahiş olunur

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan parkinq icazəsinə heç bir ehtiyacı olmadığı halda (məs, yaşadıqları ərazi Parkinqə Nəzarət Zonalarına daxil deyilsə), verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq Parkinqə Nəzarət Zonaları xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.

• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin parkinq icazəsi almalı olan vətəndaşlar 15 may tarixindən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə parkinq icazələrini əldə edə bilərlər

• Etibarlılıq müddəti: Parkinq icazəsi yalnız 1 – 30 iyun, 2015-ci tarixləri müddətində etibarlıdır.

• Təqdim ediləcək sənədlər:

1. Faktiki yaşadığı ünvanı təsdiq edən sənəd

2. Nəqliyyat vasitəsinin pasportu

3. Sürücülük vəsiqəsi

• Parkinq icazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

• Sakinlər heç bir ödəniş etmədən parkinq icazəsi ilə təmin olunacaq.

• İtirilmiş/oğurlanmış parkinq icazələri yenisi ilə əvəz olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq icazəsi zədələndiyi halda, etibarsız sayılacaq.

• Parkinq icazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar Yol Polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq.

• Parkinq icazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR