İŞİD İraqda daha bir şəhəri ələ keçirib

İŞİD İraqda daha bir şəhəri ələ keçirib
# 13 dekabr 2014 23:37 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Deyli Star” nəşri məlumat yayıb.

“Polis qüvvələri dekabrın 12-dən silahlılarla döyüşüb, lakin döyüş sursatının çatışmazlığı onları geri çəkilməyə və şəhəri əldən verməyə məcbur edib”, deyə nəşr şəhərin meri Hüseyn Kasarın sözlərini sitat gətirib.

Döyüşlərdə 19 polis əməkdaşının həlak olduğu bildirilir.

Beləliklə, Anbar əyalətində artıq üçüncü şəhər İŞİD-in nəzarətinə keçib. Bundan əvvəl silahlılar əyalətin Xit və Kubais şəhərlərini nəzarətə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR