Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 06 oktyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də saat 16 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Namiq İslamovun idarə etdiyi “VAZ-2107” və Vüsal Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. N.İslamov, V.Hüseynov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR