Bakıda ticarət mərkəzində oğurluq edən qadın tutulub

Bakıda ticarət mərkəzində oğurluq edən qadın tutulub
# 31 oktyabr 2015 10:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. .Bakıda ticarət mərkəzində oğurluq edən qadın tutulub

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gülbahar Cəfərovanın mobil telefonu oğurlanıb.

Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gədəbəy rayon sakini Heyran Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR