Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub

Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub
# 27 aprel 2015 08:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda mağazalara saxta pul təqdim edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 25-də saat 03:20 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR