Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 10-da arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.