Yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib - FOTOSESSİYA

Yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2014 13:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimi giriş sözü ilə MŞ-nın sədri Əflatun Amaşov açaraq bildirib ki, Ə.Əsgərov jurnalistlik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafında da xidmətlər göstərib: “Əfqan müəllim qətiyyəti və prinsipiallığı ilə seçilən qələm sahiblərimizdəndir. Moskvada ali ssenarist kursunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. O zaman kinostudiyadakı vəziyyətlə əlaqədar “Kommunist” qəzetində məqalə ilə çıxış edib. Məqalə Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə geniş müzakirə olunub və məhz həmin toplantıdan sonra Əfqan müəllim “Kommunist” qəzetində fəaliyyətə başlayıb”.

Daha sonra Ə.Amaşov Ə.Əsgərova MŞ-nin təbrik plaketini və hədiyyəsini təqdim edib. Yubilyara vaxtilə çalışdığı “Xalq qəzeti”nin (o zamankı “Kommunist”) də hədiyyəsi təqdim olunub.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov bildirib ki, Ə.Əsgərovun müəllifi olduğu tarixi romanlarda qəhrəmanlar sovet dövrünün xarakterik mənfi təqdimat tərzindən fərqli şəkildə oxuculara çatdırılıb.

Mərasimdə çıxış edənlər Ə.Əsgərovu ustad jurnalist, gözəl nəsr əsərlərinin yaradıcısı, səmimi və qayğıkeş dost kimi xarakterizə edərək onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Əfqan Əsgərov xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 1929-cu il sentyabrın 23-də anadan olub. Onun “Gecikmisən”, “Gözəllik sorağında”, “Sən belə deyilsən”, “Sarı əlcək” və başqa hekayə topluları nəşr edilib. Yubilyar “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanlarının, “Dədə Bəhmən” trilogiyasının, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR