Məlahət İbrahimqızı Gülər Əhmədovanın yerinə Milli Məclisin intizam komissiyasının üzvü seçilib

Məlahət İbrahimqızı Gülər Əhmədovanın yerinə Milli Məclisin intizam komissiyasının üzvü seçilib
# 01 fevral 2013 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkili məsələləri müzakirə olunub.

APA-nın məlumatına görə, komissiyaların tərkibi yalnız bir nəfər istisna olmaqla yenidən təsdiqlənib. İntizam Komissiyasında deputat mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə deputat Məlahət İbrahimqızı seçilib.

Qeyd edək ki, İntizam komissiyasına deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva, hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxildir.

Hər iki məsələ səsə qoyularaq təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR