Paytaxtda xanım sürücü qəza törədib - FOTO - VİDEO

Paytaxtda xanım sürücü qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 04:20 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtomobilini yüksək sürətlə idarə edən xanım sürücü yol qəzası törədib.

Hadisə Koroğlu Rəhimov küçəsi ilə Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Çanqan" markalı avtomobilin xanım sürücüsü döngədə idarəetməni itirib. Sürücü əyləncdən istifadə etsə də, avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yol kənarınadakı səkiyə çırpılaraq aşıb. Çevrilmiş vəziyyətdə olan avtomobildən xanım sürücünü hadisə şahidləri çıxarıblar. Sükan arxasında olan xanım yüngül xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR