ADA Universitetində İkinci Karyera Həftəsi keçiriləcək

ADA Universitetində İkinci Karyera Həftəsi keçiriləcək
# 18 fevral 2014 08:38 (UTC +04:00)


Bakı – APA. ADA Universitetinin “Karyera Hazırlıq Mərkəzi” 24-27 fevral tarixlərində İkinci Karyera Həftəsi keçirəcək.

ADA Universitetinin Kommunikasiya Departamentindən APA-ya verilən xəbərə görə, Karyera Həftəsinin məqsədi müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə ADA Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir.

Bununla yanaşı tələbə və məzunlar hökumət, qeyri-hökumət və özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə edəcəklər. “Azersun Holding”in sponsorluğu və tərəfdaşlığı ilə keçiriləcək Karyera Həftəsi çərçivəsində tələbələr iş imkanları ilə yanaşı yay tətili zaman peşəkar təcrübə keçmək və qısamüddətli iş imkanları ilə tanış olacaqlar.

Karyera Həftəsi çərçivəsində həm də Karyera Sərgisi təşkil olunacaq. Sərgidə Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 90-dək qurum və şirkət təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR