Soçidə Ukrayna prezidenti və BMT baş katibi arasında görüş olub - FOTO

Soçidə Ukrayna prezidenti və BMT baş katibi arasında görüş olub - <span style="color: red;">FOTO
# 07 fevral 2014 10:52 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Soçi Qış Olimpiadasının açılışında iştirak etmək üçün Rusiyada səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç və BMT baş katibi Pan Gi Mun arasında görüş olub.

Ukrayna prezidentinin mətbuat xidmətindən APA-ya göndərilən məlumata görə, görüşdə Ukraynada hazırkı vəziyyət və bu məsələnin həlli istiqamətində birgə əməkdaşlıq məsələsi müzakirə olunub.

V.Yanukoviç BMT baş katibinə ölkədəki vəziyyəti diqqətdə saxladığına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ukrayna BMT-nin təşəbbüslərinə diqqətlə yanaşır: “Ukrayna hökuməti bütün addımları atacaq ki, münaqişənin eskalasiyası baş verməsin. Son vaxtlar biz Ukraynadakı siyasi vəziyyətin sülh yolu ilə çözülməsi prosesində vacib addımlar atmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR