«Bank of Baku» yeni güzəştli kredit kampaniyası keçirilir

«Bank of Baku» yeni güzəştli kredit kampaniyası keçirilir
# 13 fevral 2014 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. Yaranmasının 20 illiyi ilə əlaqədar «Bank of Baku» ASC güzəştli nağd kredit kampaniyasına başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində müştərilərə komissiya haqqına 50%-lik güzəşt edilir. Güzəştli kampaniya yalnız iki gün, fevralın 14 və 15-də qüvvədədir.

Qeyd edək ki, 50%-lik güzəştli komissiya ilə nağd krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd - şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb edilir.

Endirimli nağd kredit üçün müştərilər «Bank of Baku»nun filiallarının birinə müraciət edə bilər. Bankın kredit ekspertləri qısa müddət ərzində kredit müraciətini nəzərdən keçirib rəsmiləşdirmə barədə qərar verəcəklər.

«Bank of Baku»nun filiallarının dəqiq ünvanlarını www.bankofbaku.com/az/filials-and-atms/fillials/ keçidindən öyrənmək olar. Eyni zamanda, onlayn kredit ərizəsi də vermək olar (www.bankofbaku.com/az/online-services/zaiavka-na-kredit/).

Ətraflı məlumatı 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku saytından öyrənmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR