İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 07 aprel 2014 21:56 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR