Ekologiya üzrə SOCAR-BP işçi qrupunun iclası keçirilib

Ekologiya üzrə SOCAR-BP işçi qrupunun iclası keçirilib
# 25 aprel 2014 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) ekologiya üzrə SOCAR-BP işçi qrupunun ilk iclası keçirilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda lay sularının idarə edilməsi sahəsində şirkətlərin təcrübəsi barədə məlumat verilib və işçi qrupunun nizamnamə sənədi təsdiq edilib.

İşçi qrupunun ARDNŞ tərəfindən rəhbəri, şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, qarşı tərəfdən isə BP-nin əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Robert Vatt təyin edilib.

Bundan əlavə, iclasda quruda lay sularının idarə edilməsi texnologiyalarına dair bazar araşdırmaları da müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR