Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,2% yüksəlib
# 15 noyabr 2013 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 876 bəndədək, S&P 500 0,5% - 1 791 bəndədək, Nasdaq 0,2% - 3 972 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə namizəd olan Canet Yellenin Konqresdəki bəyanatları təsir edib. O bəyan edib ki, FES iqtisadiyyatın bərpası üçün bütün mümkün addımları atacaq.


Avropa fond bazarlarında noyabrın 14-də FTSE 100 indeksi 0,5% - 6 666 bəndədək, Almaniya DAX-ı 1,1% - 9 150 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 284 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 288,10 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3454 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR