“Sərhədsiz reportyorlar”: İran hökuməti jurnalistlərin ailələrinə təzyiq göstərir

“Sərhədsiz reportyorlar”: İran hökuməti jurnalistlərin ailələrinə təzyiq göstərir
# 12 fevral 2014 08:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mərkəzi qərargahı Fransada yerləşən “Sərhədsiz Reportyorlar” təşkilatı dünya ölkələrindəki söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı illik hesabatını yayıb.

APA-nın “Radiofərda” istinadən verdiyi məlumata görə, sənəddə İran 2013-cü ildə 2012-ci illə müqayisədə bir pillə irəliləməklə yenə də təşkilatın reytinq cədvəlində on ölkə arasında aşağı yerdə qərarlaşıb. Belə ki, İran 179 ölkə arasında 174-cü sıradadır.

Sənəddə bildirilir ki, İranda jurnalistlərlə məhbuslar əlaqə qura bilməz: “Bu ölkə öz jurnalistlərinin, o cümlədən xarici ölkələrdə yaşayan jurnalistlərinin ailələrinə təzyiqlər göstərir”.

Qeyd edək ki, “Sərhədsiz Reportyorlar”ın ötən il yaydığı hesabatlarda İran hökumətinin “BBC”, “Amerikanın Səsi” və “Radiofərda”da çalışan onlarla əməkdaşların özlərinə və ya ailələrinə təzyiqlər göstərilməsi ciddi tənqid edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR