ABŞ Azərbaycan və Ermənistanı zorakılıqdan qaçmağa və sülh səylərini davam etdirməyə çağırıb

ABŞ Azərbaycan və Ermənistanı zorakılıqdan qaçmağa və sülh səylərini davam etdirməyə çağırıb
# 23 yanvar 2014 07:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Təmas xəttindəki insidentlər barədə sualı cavablandıran M. Harf baş vermiş hadisə haqda ətraflı informasiyaya malik olmadığını söyləyib: “Biz tərəfləri zorakılıqdan çəkinməyə və sülh əldə olunması istiqamətində çalışmağa çağırırıq”.

Xatırladaq ki, Ermənistan mediası yanvarın 19-20-də cəbhə xəttində toqquşma baş verdiyi və erməni tərəfinin itkilərə məruz q aldığı haqda xəbərlər yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu informasiyanı təkzib edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR