Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur
# 14 mart 2014 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil, ilk peşə-ixtisas və internat məktəbləri şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələri haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.

Hər gün təşkil edilən ekskursiyalarda şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilir və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olurlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin ilkin təyinatı, memarlıq üslubu izah olunur. Ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR