Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlanıb

Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlanıb
# 03 mart 2014 16:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrin qəbulu bu gündən başlayır və martın 18-dək davam edəcək. Ərizə qəbulunda müxtəlif sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislər iştirak edəcək. Onlar ərizələrini elektron formada təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR