Səhiyyə Nazirliyi: Lökbatanda baş verən hadisə nəticəsində 115 nəfər zəhərlənib - VİDEO

Səhiyyə Nazirliyi: Lökbatanda baş verən hadisə nəticəsində 115 nəfər zəhərlənib - <span style="color: red;">VİDEO
# 06 mart 2014 08:07 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, hadisə nəticəsində təbii qazdan 115 nəfər zəhərlənib. Onun sözlərinə görə, zəhərlənənlərdən 70-nə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Zəhərlənən digər 45 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə çatdırılıb və onlardan 43-ü hospitalizasiya olunub: “Həmin xəstələrin həyatı üçün heç bir təhlükə olmadığından onlara tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. Hazırda heç bir xəstəxanada zəhərlənən insan yoxdur, onların vəziyyəti yaxşı olduğundan evə yazılıblar”.

Hadisə yerində 45 yaşlı Natalya Məmmədovanın ölməsinə gəlincə A. Qədirli qeyd edib ki, onun təbii qazdan zəhərlənmə nəticəsində öldüyü ehtimal olunmur. Hazırda məsələ ilə bağlı ekspertiza və cinayət işi açılıb. Bütün səbəblər onların nəticələrindən sonra məlum olacaq.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.

Qəsəbənin Vilayət Əsgərov küçəsində beşmərtəbəli 4 yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Sakinlərin bildirdiklərinə görə, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib.

Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, onu xilas etmək mümkün olmayıb. Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından APA-ya faktı təsdiqləyiblər. Stansiyadan bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR