AMEA-nın 2 bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq edilib

 AMEA-nın 2 bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq edilib
# 11 fevral 2014 16:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) və Kimya Elmləri Bölməsində (KEB) fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsinə həsr olunub.

Bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2013-cü il üçün 205 yer (o cümlədən 126 əyani, 79 qiyabi) müəyyən olunub. FRTEB-nin elmi müəssisə və təşkilatlarına 31 yer, KEB-in elmi müəssisə və təşkilatlarına isə 24 yer ayrılıb.

AMEA prezidenti, akademik Akif Əlizadə cəmiyyət üçün mühüm aktuallıq kəsb edən dissertasiya mövzularının seçilməsinin vacibliyini qeyd edib. O, elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR