Məhkəmə quldurluqda təqsirləndirilən 5 nəfərin haqqında bəraət hökmü, müstəntiqlərin barəsində isə xüsusi qərar çıxarıb - VİDEO

Məhkəmə quldurluqda təqsirləndirilən 5 nəfərin haqqında bəraət hökmü, müstəntiqlərin barəsində isə xüsusi qərar çıxarıb - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 12:06 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə çıxış edən vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərin cinayət əməli törətmələri nə istintaq, nə də məhkəmə zamanı sübuta yetirilməyib. O, istintaqı qanunsuz aparan vəzifəli şəxslərin barəsində xüsusi qərar çıxarılması və təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş edib. Bundan sonra təqsirləndirilən şəxslər son söz deyərək, bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən şəxslər – Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayev , Elnur Məlikov və onun qardaşı Emil Məlikova ittiham olunduqları Cinayət Məcəlləsinin 181.2.1-ci , 181.2.5-ci (quldurluq) maddələri üzrə bəraət verilib. Həbsdə olan N. Əliyev və T. Quliyev məhkəmə zalından azadlığa buraxılıb.

Məlikov qardaşları isə Cinayət Məcəlləsinin 181.2. və 181.2.5-ci maddələrindən əlavə 234.1-ci (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma) maddəsi ilə də ittiham olunduqlarından onlar məhkəmədən azadlığa buraxılmayıblar. Belə ki, onların narkomaniyadan əziyyət çəkdikləri məlum olub. Hakim bildirib ki, hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilir və narkomaniyadan məcburi müalicəyə göndərilir.

Təqsirləndirilən şəxslərdən C. İsayevin barəsində istintaq və məhkəmə zamanı həbs-qətimkan tədbiri seçilməyib və o istintaq dövründən azadlıqda olub.

Məhkəmə cinayət işini düzgün araşdırmayan, yalnız ehtimallara əsaslanıb ittiham aktı tərtib edən Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində xüsusi qərar çıxarıb. Onların barəsində tədbir görüləcəyi bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər taksi sürücüsü Yusif Muradova hədə-qorxu gələrək pulunu almaqda ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR