ATV telekanalı yerləşdiyi binadan çıxarılacağı ilə bağlı xəbərə aydınlıq gətirib

ATV telekanalı yerləşdiyi binadan çıxarılacağı ilə bağlı xəbərə aydınlıq gətirib
# 27 dekabr 2013 16:15 (UTC +04:00)

“ATV Xəbər”in baş redaktoru Vaqif Aydınoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin adından “Azad Azərbaycan” MTK-nin yerləşdiyi bina ilə bağlı KİV-də yayılmış xəbər əsassızdır.

O qeyd edib ki, yayılan bu xəbərlər tamamilə yanlışdır: “Hətta AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Akademiya rəhbəri belə bir fikirlə çıxış etməyib”.

Xatırladaq ki, bəzi mətbuat orqanlarında AMEA prezidenti, akademik Akif Əlizadəyə istinadən ATV-nin Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasından çıxarılacağı barədə yazılar dərc olunub: “Çünki həmin bina AMEA-nın balansındadır. Binanın boşaldılması üçün ATV rəhbərliyinə də müraciət edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR