Göyçayda iki avtomobil toqquşub

Göyçayda iki avtomobil toqquşub
# 07 yanvar 2014 13:15 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərində piyadanın xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə bu gün saat 14:30 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Məmmədov Namiq Alik oğlunun idarə etdiyi 99-EN-870 dövlət nömrə nişanlı “Lada-Priora” markalı minik maşını qarşı tərəfdən gələn, 1957-ci il təvəllüdlü İsgəndərov Telman İman oğluna məxsus 51-BA-994 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı zərbənin təsiri nəticəsində “Lada-Priora” markalı minik maşını yoldan çıxaraq kənardakı səkinin üstündə hərəkət edən 1991-ci il təvəllüdlü Əsgərova Könül Mahir qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Könül Əsgərova Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR