Biləsuvarda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Biləsuvarda iki avtomobil toqquşub, ölən və yaralananlar var
# 15 fevral 2014 09:18 (UTC +04:00)

Hadisə ötən gecə Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbənin ərazisində qeydə alınıb.

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovnik-leytenantı Araz Şahverdiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Cəbrayıl rayon sakini, 1974-cü il təvəllüdlü Namiq Qasım oğlu Mirzəyevin idarə etdiyi “Tavriya” markalı, 50 BO 614 dövlət nömrə nişanlı minik avtomobili Beyləqan rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Bəxtiyar oğlu Quliyevin idarə etdiyi “İveko” markalı, 11 BE 314 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “Tavriya”-nın sürücüsü ilə birlikdə onun sərnişinləri, Cəbrayıl rayon sakinləri, 1948-ci il təvəllüdlü Ərkinaz Quliyeva və 1973-cü il təvəllüdlü Müşfiq Rüstəmov çoxsaylı bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Ərkinaz Quliyeva xəstəxanada dünyasını dəyişib. Digər iki yaralının da vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR