Marneulidə azərbaycanlıların rəhbərlik etdiyi QHT və media nümayəndələri ilə görüş keçirilib - FOTO

Marneulidə azərbaycanlıların rəhbərlik etdiyi QHT və media nümayəndələri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 11 fevral 2014 15:52 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə öncə NATO və Avropa Birliyinin İnformasiya Mərkəzinin əməkdaşları QHT və media nümayəndələrini dinləyiblər.

Görüşdə iştirak edən “Mtredi” Demokratik İttifaqının rəhbəri Səbinə Talıbova, “Çay Evi”nin meneceri Emin Əhmədov, Gürcüstanda Azərbaycanlı Gənclər Forumunun rəhbəri Zemfira Əzizbəyova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, tələbə Emin Yadigarov, Gürcüstan Ombudsmanının Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Layla Məmmədova və digər təşkilatların rəhbərləri Gürcüstanın NATO-ya üzv olması və Avropa Birliyinə inteqrasiya istiqamətində gedən proseslərdə müəyyən çətinliklərin mövcud olduğu, eyni zamanda ölkədə yaşayan etnik azərbaycanlıların kifayət qədər problemlərin olduğu barədə söhbət açıblar.

Görüşdə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə NATO haqqında informasiyanın zəif təbliğ olunduğu bildirilib. Azərbaycanlı Gənclər Forumunun rəhbəri Zemfira Əzizbəyova son illər sərhədyanı bölgələrdə erməni sərhədçilərinin soydaşlarımızın hüquqlarını pozması, baş verən özbaşınalıq, ölüm və oğurluq hadisələri ilə bağlı fikirlər səsləndirib. O, 1992-ci ildən başlayaraq sərhəddə bir çox problemlərin yaşandığını, Gürcüstan-Ermənistan sərhəd xəttinin addım-addım Sadaxlı kəndinin içərisinə doğru çəkildiyini, əhalinin tələbinə baxmayaraq, delimitasiya və demarkasiya problemlərinin həllinin gecikdirildiyini bildirib.

NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin direktoru Elena Qotsadze və Gürcüstan Avroatlantik Şurasının direktor əvəzi Georgi Muçaidze çıxışçıları dinlədikdən sonra qarşıya çıxan problemlərin həlli barədə fikirlərini bölüşüblər. NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin direktoru Elena Qotsadze rəhbərlik etdiyi təşkilatın dövlət strukturu olduğunu və azərbaycanlıları narahat edən bütün problemləri dövlət rəhbərliyinə, eyni zamanda aidiyyəti nazirliklərə çatdıracağını bildirib. O, azərbaycanlıların sıx yaşadığı bölgədə gələcəkdə NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin bürosunun yaradılması haqqında məsələ qaldıracağını və büronun yaradılmasının regionla birbaşa əlaqə yaradılacağını, informasiya qıtlığının aradan qalxacağını bildirib.

Gürcüstan Avroatlantik Şurasının direktor əvəzi Georgi Muçaidze isə bu cür görüşlərin çox olacağını bildirib: “Biz Tiflisdə oturub işləmək istəmirik. Biz əhali ilə görüşüb, onların mübahisəli məsələlərinin həllinə çalışacaq, gənclər təşkilatı və media nümayəndələri ilə sıx əlaqələr quracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR