Azərbaycanda 6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirləndirilən şəxslərə ağır cəza istənilib

Azərbaycanda 6 nəfərin ölümü, 47 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirləndirilən şəxslərə ağır cəza istənilib
# 16 sentyabr 2013 07:58 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses sentyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən dərhal sonra cinayət işi başlanılıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR