WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 17 fevral 2014 06:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,05 dollar və ya 0,1% azalaraq 1 barelə görə 100,30 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 14-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,5% artaraq 109,08 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR