Bakıda yataqxanada bıçaqlanma olub

Bakıda yataqxanada bıçaqlanma olub
# 18 aprel 2014 09:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sabirabad rayon sakini Bakıda döyülərək bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Yasamal rayonunda yerləşən yataqxanaların birində Bakı şəhər sakinləri, Kənan Mərdanov, Rəşad Abbasov və qardaşı Aslan münaqişə zəminində yataqxanada yaşayan Sabirabad rayon sakini Alim Bəkirovu döyüblər. Daha sonra A. Abbasov A. Bəkirova bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən k. Mərdanov və R. Abbasov tutulub, A. Abbasovun tutulması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR