«Bank Respublika» pul köçürməsi alanlara arayışsız kredit verir

«Bank Respublika» pul köçürməsi alanlara arayışsız kredit verir
# 27 iyun 2013 13:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Bank Respublika» ASC pul köçürməsi alan müştərilərinə arayışsız kredit təklif edir.

«APA-Economics»in banka istinadən verdiyi məlumata görə, «Bank Respublika»nın pul köçürmələri üzrə daimi müştəriləri iş yerindən arayış təqdim etmədən 3 min manatadək kredit ala bilərlər. Kredit son 3 ayda hər ay azı bir dəfə pul köçürməsi alanlara verilir. Kreditin maksimal müddəti 18 ay təşkil edir.

Müştərilərin xidmətinə «Western Union», «Coinstar», «PrivatMoney», «Avers», «Contact», «Blizko», «Lider», «Migom», «Allur», «Zolotaya Korona» və «Monex» pulköçürmə sistemləri təklif olunur.

Bununla yanaşı, «Bank Respublika»dan pul köçürmələrini alanlara mobil danışıq kartı hədiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR