Krımda sərhəd dəstəsi naməlum şəxslər tərəfindən mühasirəyə alınıb

Krımda sərhəd dəstəsi naməlum şəxslər tərəfindən mühasirəyə alınıb
# 28 fevral 2014 10:00 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, hadisə Krımda, Balalakva qəsəbəsində baş verib.

Naməlum şəxslər Balalakvaya ərazini mühafizə etmək məqsədi ilə gəldiklərini deyir.

Hazırda sərhədçilərin komandanlığı onlarla danışıqlar aparır.

Qeyd edək ki, bir müddət öncə Ukrayna daxili işlər naziri Arsen Avakov Simferopol və Sevastopol aeroportlarının rusiyalı hərbçilərin nəzarətində olduğunu bəyan edib. Rusiyalı hərbçilərin təmaslardan imtina etdiyini bildirən nazir yaranmış durumu hərbi təcavüz kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR