Ukraynanın NATO-ya qəbulunu nəzərdə tutan qanun layihəsi Ali Radada qeydiyyatdan keçib

Ukraynanın NATO-ya qəbulunu nəzərdə tutan qanun layihəsi Ali Radada qeydiyyatdan keçib
# 05 mart 2014 14:49 (UTC +04:00)

Bakı – APA. Ukraynanın NATO-ya inteqrasiyasının bərpasını nəzərdə tutan qanun layihəsi Ali Radada qeydiyyatdan keçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukraynanın bəzi qanunlarına dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsinin müəllifləri “Batkivşina” fraksiyasının üzvləridir.

Onların hazırladığı layihədə “Daxili və xarici siyasətin əsasları haqqında” qanundan Ukraynanın bloklara üzv olmamasına dair müddəanın çıxarılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR