Güclü külək Qarabağ bölgəsində rayonlara zərər vurub

Güclü külək Qarabağ bölgəsində rayonlara zərər vurub
# 17 mart 2014 12:21 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Güclü külək və qasırğa Tərtər və Bərdə rayonlarına xeyli zərər vurub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təxminən 30 dəqiqə davam edən qasırğa ağacları kökündən qoparıb, elektrik və rabitə dirəklərini aşırıb.

On kilometrlərlə elektrik xətti sıradan çıxıb. Yaranan qısaqapanmadan elektrik transformatorlarında partlayışlar meydana gəlib. Hər iki rayonun bir sıra yaşayış məntəqəsinə enerjisinin verilməsi tamamilə dayandırılıb. Hazırda hər iki rayonun Fövqəladə Hallar komissiyaları dəymiş ziyanı araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR