Qax rayonunda narkotik istifadəçisi tutulub

Qax rayonunda narkotik istifadəçisi tutulub
# 27 iyun 2013 12:25 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini Qax rayonunda həbs edilib. Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Qax şəhərində yerləşən kafelərdən birində 1985-ci il təvəllüdlü, Bakı şəhər sakini Fuad Quliyev şübhəli şəxs qismində saxlanılıb. Fuad Quliyevin üzərinə baxış zamanı cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 1.789 qram çəkidə ağır narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb. F.Quliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik istifadəçisidir. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR