Dunya Miyatoviç Ermənistanda jurnalistlərin polis zorakılığına məruz qalmasından narahatlığını ifadə edib

Dunya Miyatoviç Ermənistanda jurnalistlərin polis zorakılığına məruz qalmasından narahatlığını ifadə edib
# 15 fevral 2014 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, D. Miyatoviç bununla bağlı yaydığı bəyanatda bildirir ki, bu ilin fevralın 12-də İrəvanda baş verən mitinq zamanı jurnalistlərə öz peşə fəaliyyətinin yerinə yetirilməsinə polis tərəfindən mane törədilib: “Jurnalistlərə qarşı zorakılıq qəbuledilməzdir. Narahat edən məqam ondan ibarətdir ki, polislər jurnalistlərə yardım göstərmək və onları müdafiə etmək əvəzinə, onlara güc tətbiq ediblər. Mən Ermənistan rəsmilərini bu məsələni şəffaf və hərtərəfli araşdırmağa, gələcəkdə polislərin media nümayəndələrinə qarşı güc tətbiq etməsinin qarşısını almağa çağırıram”.

Qeyd edək ki, fevralın 12-də İrəvan metropolitenin işçiləri sosial vəziyyətin yaxşılaşdırılması və bu ilin yanvarın 1-dən pensiya tutulmaları ilə əlaqədar qəbul olunan yeni qaydalar əleyhinə aksiya keçirdiblər. Aksiya zamanı peşə fəaliyyətini həyata keçirən iki jurnalist saxlanıb.

Bundan əvvəl isə D. Miyatoviç ötən ilin dekabr ayında İrəvanda mitinqi işıqlandıran “Hraparak” qəzetin müxbiri Vardan Minasyanın həbs edilməsi və ona qarşı polis tərəfindən zorakılığa yol verilməsi ilə əlaqədar narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR