Göyçayda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb

Göyçayda evdən qızıl-zinət əşyaları və pul oğurlanıb
# 11 fevral 2014 06:40 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Göyçay şəhərinin H. Zərdabi küçəsi ev 12 ünvanında qeydə alınıb.

Naməlum şəxslər 1950-ci il təvəllüdlü Bəyalıyev Qələmşah Cəmaləddin oğluna məxsus mənzildən 2 min manatlıq qızıl-zinət əşyaları, 60 manat pul, iki ailə üzvünə məxsus 50-yə yaxın köhnə və təzə geyim əşyaları, həmçinin məişət əşyaları oğurlayıb.

Hazırda Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR