ABŞ Polşa və Baltikyanı ölkələrə 600 hərbçi göndərib

ABŞ Polşa və Baltikyanı ölkələrə 600 hərbçi göndərib
# 22 aprel 2014 22:34 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda NATO-dakı müttəfiqləri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə Polşa və Baltikyanı ölkələrə 600 hərbçi yollayıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“ABŞ-ın İtaliyada yerləşən 173-cü hava-desant briqadasından olan 160 hərbçi Polşaya aprelin 23-də gələcək. Daha 450 hərbçi isə Estoniya, Litva və Latviyaya yollanacaq”, deyə Kirbi bildirib.

Kirbinin sözlərinə görə, hərbçilər yaxın bir neçə aya planlaşdırılan hərbi təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, aprelin 20-də Polşa XİN rəhbəri Radoslav Sikorski Ukraynadakı böhrana görə ABŞ və NATO-ya ölkədə hərbi kontingenti artırmağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR