Krımda keçirilmiş “referendum”da təşkil olunmuş “exit poll”-un nəticələri açıqlanıb - VİDEO

Krımda keçirilmiş “referendum”da təşkil olunmuş “exit poll”-un nəticələri açıqlanıb - <span style="color: red;">VİDEO
# 16 mart 2014 20:37 (UTC +04:00)

Bakı – APA. Krımda keçirilən “referendum”da təşkil olunmuş “exit poll”-un nəticələri məlum olub.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Krım Siyasi və Sosial Araşdırmalar İnstitutunun keçirdiyi “exit poll”-un nəticələrinə əsasən, krımlıların 93%-i Muxtar Respublikanın Rusiyaya birləşdirilməsinə səs verib.

“Exit poll” Krımda 150, Sevastopolda 50 seçki məntəqəsində təşkil olunub. Sorğuda ümumilikdə 59 min 111 nəfər iştirak edib.

Qeyd edək ki, Krımda martın 16-na keçirilmiş “referendum”a iki sual çıxarılıb: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”

Rusiyadan başqa, bütün ölkələr və beynəlxalq təşkilatlar “referendumu” qeyri-qanuni elan edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR