Tiflisdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

Tiflisdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2014 21:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Krtsanisi restoranında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri jurnalist Dursun Eyvazov açaraq sözü M.F. Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevaya verib. Leyla Əliyeva hər il ənənəvi şəkildə keçirilən Novruz şənliklərinin gürcü və Azərbaycan xalqının dostluğunu daha da möhkəmləndirdiyini bildirib. Novruz şənliyində çıxış edən Gürcüstanın regional ikişaf və infrastruktur nazirinin müavini Georgi Solomoniya, parlamentin sabiq deputatı İshaq Novruzov, mədəniyyət və abidələrin mühafizəsi nazirliyinin nümayəndəsi İrina Saqanelidze, Vətəndaş həmrəyliyi üzrə münaqişələrin tənzimlənməsi nazirliyinin şöbə müdiri Lela Quledani, sabiq mədəniyyət naziri Valeri Asatiani, “Gürcü Arzusu”nun Krtsanisi rayon təşkilatının sədri Nana Maysuradze, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Orxan Həsənov və başqaları çıxış edərək Novruz bayramının Gürcüstanda ümumxalq bayramı elan olunduğunu və onun qədim tarixə malik olduğunu, torpağa, ellərə sülh və əmin-amanlıq, şənlik gətirdiyini bildiriblər.

Tədbirdə iştirak edən gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri, parlament deputatları, jurnalistlər, Azərbaycan səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, Gürcüstanda çalışan Azərbaycan şirkətlərinin əməkdaşları bayram süfrəsi arxasında “Ceyran” folklor rəqs ansamblının nümayiş etdirdiyi Azərbaycan xalq rəqslərinə baxıblar. Tədbirdə Hacıyev qardaşlarının ifasında mahnılar və gənc aşıq Almaz Məmmədovun saz üstə söylədiyi şeirlər, sabiq deputat Hidayət Hüseynovun oxuduğu “Sənsiz” mahnısı dinlənilib.

Gürcüstanın regional ikişaf nazirinin müavini Georgi Solomoniya APA-ya açıqlamasında nazir David Narmaniyanın adından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib və Azərbaycan və gürcü xalqlarının tarixən dost və qardaş olduğunu bildirib: “Biz mehriban, dost, və qardaş xalqıq. Mən bu bayram münasibətilə nazirimizin adından Azərbaycan xalqını təbrik edir, sülh və əmin-amanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR