«AFB Bank» nizamnamə kapitalını artırır

«AFB Bank» nizamnamə kapitalını artırır
# 12 mart 2014 08:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «AFB Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılır.

Birjadan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın ümumi həcmi 10 003 180 manat, bir səhmin nominal dəyəri 1 109 manat təşkil edir.

Yerləşdirmədə anderrayter kimi «Texnika Kapital Menecment» MMC çıxış edir. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 23,6% artaraq 52 347 018 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR