Hicran Hüseynova Göyçayda vətəndaşları qəbul edəcək

Hicran Hüseynova Göyçayda vətəndaşları qəbul edəcək
# 25 fevral 2014 14:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova martın 6-da Göyçay rayonunda (Ağsu, Şamaxı, Qobustan, İsmayıllı) vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə məşğulluq, qadın problemləri və gender məsələləri, məişət zorakılığı istiqamətləri üzrə vətəndaşların qəbulu nəzərdə tutulur. Əvvəlcədən qəbula yazılmaq üçün AQUPDK-nin Kadr və Kargüzarlıq şöbəsinə və ya Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR