Səyyar “ASAN xidmət” Tovuzda fəaliyyətə başlayıb

Səyyar “ASAN xidmət” Tovuzda fəaliyyətə başlayıb
# 28 aprel 2014 07:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

“ASAN xidmət” Mərkəzzindən APA-ya verilən məlumata görə, 27 aprel - 8 may tarixində Tovuz, Qazax, Ağstafa rayonlarının 330 000-dən çox olan sakini Səyyar “ASAN xidmət”dən Tovuz rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR