Zaqatalada intihara cəhd olub

Zaqatalada intihara cəhd olub
# 17 mart 2014 06:46 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 38 yaşlı kişi intihara cəhd edib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 16-da saat 21:00 radələrində rayonun Car kənd sakini, 1976-cı il təvəllüdlü Elşad Nurullah oğlu İsmayılov ağır vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olub.

Qohumları ilə aparılan araşdırma zamanı məlum olub ki, E. İsmayılov özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar etmək istəyib.

Elşad İsmayılov vaxtında ailə üzvləri tərəfindən xilas edilərək Zaqatala MRX-a çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra Elşad İsmayılovu xilas etmək mümkün olub. Hazırda Elşad İsmayılovun vəziyyətinin ağır olduğu, müalicəsinin Zaqatala MRX-nın reanimasiya şöbəsində aparıldığı bildirilir.

Həkimlərin apardığı müayinə zamanı məlum olub ki, Elşad İsmayılov intihar edən zaman içkili vəziyyətdə olub. Elşad İsmayılov ailəli və iki övlad atasıdır. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, martın 16-da Zaqatalada daha bir intihar hadisəsi baş verib. Zaqatala şəhər sakini, II qrup əlil, 1952-ci il təvəllüdlü Həsəncuma Nəzir oğlu Muradov yaşadığı evdə elektrik naqilini bədəninə sarıyıb, daha sonra naqili elektrik cərəyanına birləşdirərək intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR