Mətbuat Şurasının qəzet yayımını araşdıran komissiyasının iclası keçirilib

Mətbuat Şurasının qəzet yayımını araşdıran komissiyasının iclası keçirilib
# 02 aprel 2014 15:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib.

İclasda paytaxtda qəzet yayımını həyata keçirən «Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib.

«Əks səda» firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR