Dərbənddə 3 silahlı öldürülüb, 2 polis yaralanıb

Dərbənddə 3 silahlı öldürülüb, 2 polis yaralanıb
# 26 aprel 2014 21:22 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Dərbənd şəhərində xüsusi əməliyyat zamanı 2 silahlı öldürülüb.

Silahlılar Dərbəndin General Saidov küçəsindəki fərdi evdə mühasirəyə alınıblar. Atışma zamanı 2 silahlı öldürülüb, 1 xüsusi təyinatlı yaralanıb.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Dərbənddə daha bir silahlı insident baş verib. Polis əməkdaşlarına müqavimət göstərmiş silahlı şəxs öldürülüb. Atışma zamanı 1 polis yaralanıb. Şəhərdə antiterror əməliyyat rejimi elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR