Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,4% enib

 Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,4% enib
# 17 mart 2014 06:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 066 bəndədək, S&P 500 0,3% - 1 841 bəndədək, Nasdaq 0,4% - 4 245 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Ukrayna ilə bağlı siyasi gərginlik təsir edib.

Avropa fond bazarlarında martın 14-də FTSE 100 indeksi 0,4% - 6 528 bəndədək enib, Almaniya DAX-ı 0,4% - 9 056 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,8% - 4 216 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 383,80 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3901 dollar (+0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR