JTI şirkəti Avropada «Ən yaxşı işəgötürən» mükafatına layiq görülüb

JTI şirkəti Avropada «Ən yaxşı işəgötürən» mükafatına layiq görülüb
# 12 mart 2014 12:12 (UTC +04:00)

Bakı - APA-Economics. «Japan Tobacco International» (JTI) şirkəti Londonda keçirilən mərasimdə Avropada üçüncü «Ən yaxşı işəgötürən» mükafatına layiq görülüb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, JTI-nin Avropada və onun hüdudlarından kənarda yerləşən 25 ofisi insanların idarə edilməsində əldə edilmiş nailiyyətlərə görə Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən təltif edilib. Bu sahədə aparılan sorğunun nəticələri «Grant Thornton» şirkətinin apardığı müstəqil audit vasitəsilə də təsdiq edilib.

«JTI-nin «Ən yaxşı işəgötürən» mükafatına layiq görülmüş ofislərinin sayı ötən ilə nisbətən təxminən iki dəfə artıb. Bir çox ölkədə belə mükafat almağımızla qürur duyuruq. Bu, dünyada insan resursları bölməsinin rəhbərlərinin işçiləri cəlb etmək, onları saxlamaq və inkişaf etdirmək istiqamətində göstərdiyi uğurlu səylərin göstəricisidir», - deyə JTI şirkətinin insan resursları üzrə I vitse-prezidenti Jörq Şappey bildirib.

J.Şappey proses və vasitələrin harmonizasiyasının JTI-nin insan resursları siyasətinin dəstəklənməsində vacib rol oynadığını qeyd edib: «İstedadların idarə edilməsi – lazımi adamların lazımi yerlərdə olmasını təmin etmək bizim strategiyamızın ən mühüm hissəsidir. Biz şirkət üçün işəgötürmə, təlim və inkişaf və işdə irəli çəkilməyin planlaşdırılması baxımından ən yüksək standartlar müəyyən etmişik. Son illər ərzində biz insan resursları praktikasında ardıcıllıq və şəffaflığı təmin etmək məqsədilə əhəmiyyətli dərəcədə böyük resurslar sərf etmişik. Bizim işçilərimiz bu yanaşmanın kökündə dayanır. Bu, səmərəli karyera və işçilərin idarəetmə vasitəsi olan onlayn platformamız vasitəsilə dəstəklənir».

JTI şirkətinin yeni təyin olunmuş prezidenti və baş icraçı direktoru Tomas Makkoy isə qeyd edib ki, insan resursları strategiyaları işçiləri özlərini şirkətdə necə hiss etmələri, nə və necə etmələrinə ciddi təsir göstərir. Bu, şirkətin missiyası və məqsədlərinə nail olmaq məqsədilə işə sadiqlik və bağlılığın səviyyəsini göstərir. «İşçilərimiz bizim elçilərimizdir. Onlar JTI-nin nüfuzunu qoruyurlar. «Ən yaxşı işəgötürən» mükafatı həmin işçilərin sadiqliyi və gərgin əməyinin qəbul edilməsidir», - deyə T.Makkoy vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR