Azərbaycanda çağırışçılar hansı hərbi hissədə xidmət edəcəklərini SMS vasitəsilə öyrənə biləcəklər - EKSKLÜZİV

Azərbaycanda çağırışçılar hansı hərbi hissədə xidmət edəcəklərini SMS vasitəsilə öyrənə biləcəklər - <span style="color: red;">EKSKLÜZİV
# 18 mart 2014 09:34 (UTC +04:00)

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, SHXÇDX hərbi xidmətə çağırışla bağlı SMS məlumatlandırma xidməti tətbiq edəcək.

Yeni xidmət tətbiq olunduqdan sonra vətəndaşlar təyin olunmuş nömrəyə SMS sorğusu göndərməklə hansı hərbi hissədə xidmət edəcəklərini öyrənə biləcəklər.

Qeyd edək ki, hazırda çağırışçılar SHXÇDX-nin rəsmi İnternet saytı üzərindən özləri haqda məlumatı daxil etməklə xidmət edəcəkləri hərbi hissə barədə məlumat əldə edə bilirlər.

Ümumilikdə SHXÇDX tərəfindən vətəndaşlara 5 elektron xidmət göstərilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR