Novruz bayramı Londonda qeyd olunub - FOTO

Novruz bayramı Londonda qeyd olunub - <span style="color: red;">FOTO
# 20 mart 2014 09:44 (UTC +04:00)

Bakı – APA. Londonda yerləşən City Universitetində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib.

Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bayram tədbirində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndəsi, müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı və xarici tələbələrlə yanaşı, bir çox insan iştirak edib.

Bayram tədbirində KİV nümayəndələri ilə fikirlərini bölüşən Cəmiyyətin sədri Azər Əsgərov bildirib ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildən qeyd olunur. Şimal yarımkürəsində yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, martın 20-21-də keçirilir.

“Hələ keçmiş SSRİ məkanında milli bayramlara yasaq qoyulduğu vaxtlarda ölkəyə rəhbərlik edən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, bu dəyərlərə arxalanaraq ölkədə demokratik, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, Novruz bayramının ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradırdı.

Bu işlər hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında «Sülh mədəniyyəti» adlı 49-cu bəndə müvafiq olaraq «Beynəlxalq Novruz günü» adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat - ATƏT Novruz bayramını öz təqviminə salıb”,- deyə A. Əsgərov bildirib.

Tədbirdə bayram süfrəsi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR