TQDK test tapşırıqlarının çətinlik səviyyəsinin artırılması barədə fikirlərə münasibət bildirib - VİDEO

TQDK test tapşırıqlarının çətinlik səviyyəsinin artırılması barədə fikirlərə münasibət bildirib - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 14:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK-nın sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə keçirilən müşavirədə çıxışı zamanı deyib ki, hər il testlər məzunlarının bilik səviyyəsinə uyğun hazırlanır. 2011-ci ildən qəbul imtahanlarında açıq testlərin tətbiq edildiyini deyən M. Abbaszadə vurğulayıb ki, onlar qiymətləndirmə üçün daha dəqiq alətdir.

Onun sözlərinə görə, qəbul imtahanlarına açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib: “İki il bundan əvvəl ilk dəfə olaraq orta məktəblərdə buraxılış imtahanları komissiya tərəfindən keçirilməyə başlanıb. Bu il ilk dəfə olaraq 2 il əvvəl IX sinif məzunlarının XI sinif məzunu kimi bilik səviyyəsi yoxlanacaq. O zaman biz biləcəyik ki, bu 2 ildə məzunların bilik səviyyəsi necə yüksəlib. Təbii ki, burada yalnız məktəblərin deyil, repetitorların da rolu var. Çünki abituriyentlərin bir qismini onlar hazırlaşdırırlar".

Komissiya sədri son illər ölkədə Riyaziyyat fənninin tədrisinin keyfiyyətinin aşağı olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirilib.

O qeyd edib ki, son 6-7 ildə “Riyaziyyat” fakültəsinə 500-dən çox bal toplayan abituriyentlər qəbul olunsa da, çox təəssüf ki, onların böyük əksəriyyəti qızlardır: “Əgər onlar məktəblərdə normal tədris mühitinə düşsələr, çox yaxşı riyaziyyatçı ola bilərlər. Ancaq digər məsələ ondadır ki, bu gün orta məktəblərdə orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər də dərs keçir. Amma bu bizə aid olan məsələ deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR